Xaçmaz rayonunun Nabran kəndində bıçaqlanma faktı baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunun Köhnə Xudat kəndinin sakinləri 1988-ci il təvəllüdlü Nurlan Məmmədrəhimov və oğlu 2009-cu il təvəllüdlü Cavidan Məmmədrəhimov tanıqları şəxs tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıblar. Nəticədə, 15 yaşlı Cavidan Məmmədrəhimov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb. Nurlan Məmmədrəhimov isə, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xaçmaz rayon prokurorluğunun məlumatına bildirilib ki, araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.