Mənfi temperaturlu səthlər üzərində quraşdırılması nəzərdə tutulan istilik izolyasiya konstruksiyaları üçün bərkidici elementlər  korroziyaya qarşı maddələrlə mühafizə olunmalıdır və ya korroziyaya qarşı davamlı materiallardan hazırlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

İzolyasiya olunan səthlə təmasda olan bərkidici elementlər üçün aşağıda göstərilən materiallar istifadə olunmalıdır:

– mənfi 40oC-dən müsbət 400°C-dək olan səthlər üçün – karbonlu polad;

– temperaturu 400oC-dən yuxarı və mənfi 40°C-dən aşağı olan səthlər üçün – izolyasiya edilən səthlə eyni materialdan.