Bank olmayan kredit təşkilatları tərəfindən yalnız kredit kartları emissiya edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Kiçik həcmli ödəniş alətləri istisna olmaqla, emitent ödəniş xidməti istifadəçisini günün 24 (iyirmi dörd) saatı müddətində Qanunun 38.1.3-cü maddəsinə uyğun olaraq bildiriş verilməsi və kartın blokdan çıxarılması ilə bağlı müraciət etmək üçün əlaqə vasitələri (azı telefon olmaqla) ilə təmin etməli, habelə 18 (on səkkiz) ay müddətində bildirişin verilməsi faktının saxlanmasını təmin etməlidir.