Birbaşa debitləşmə vəsait alanın təchizatçısı vasitəsilə ödəyicinin təchizatçısına təqdim edildikdə hesablaşmaların hansı qaydada aparıldığı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Birbaşa debitləşmə vəsait alanın təchizatçısı vasitəsilə ödəyicinin təchizatçısına təqdim edildikdə hesablaşmalar aşağıdakı qaydada aparılır:

– birbaşa debitləşmə qüsurlu olmadıqda vəsait alanın təchizatçısının məsul şəxsi birbaşa debitləşmənin “İcra haqqında təchizatçının qeydi” hissəsində icra üçün qəbul olunmasını “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq edərək bir nüsxəsini vəsait alana qaytarır. Birbaşa debitləşmənin bir nüsxəsi ödəyicinin təchizatçısına göndərilir, bir nüsxəsi isə vəsait alanın təchizatçısında qalır. Birbaşa debitləşmə qüsurlu olduqda isə səbəbi qeyd edilməklə vəsait alana geri qaytarılır;

– ödəyicinin təchizatçısı vəsait alanın təchizatçısından aldığı birbaşa debitləşmənin icrası üzrə ödəyicinin razılığının olmaması, geri alınması və ya birbaşa debitləşmənin qüsurlu olmasını müəyyən edərsə, növbəti əməliyyat günü ərzində səbəbi göstərilməklə birbaşa debitləşməni vəsait alanın təchizatçısına geri qaytarır və bu haqda ödəyicini məlumatlandırır;

– Yuxarıda qeyd olunan hallar olmadıqda və ödəyicinin ödəniş hesabında vəsait olduqda və ya təchizatçı ilə bağlanan müqaviləyə əsasən ödəyicinin ödəniş hesabı kreditləşdirildikdə ödəyicinin təchizatçısı ödənişi həyata keçirir;

– ödəyicinin təchizatçısı ödəyicinin ödəniş hesabında ödəniş əməliyyatının icra edilməsi üçün kifayət qədər vəsait olmadıqda ödəyicini birbaşa debitləşmə icraya qəbul olunduğu günün növbəti iş günündən gec olmayaraq bu haqda məlumatlandırır. Tələb olunan vəsait birbaşa debetləşmədə nəzərdə tutulan əməliyyat gününədək ödəniş hesabına mədaxil edilmədikdə ödəyicinin təchizatçısı növbəti gündən gec olmayaraq birbaşa debitləşməni vəsait alanın təchizatçısına səbəbi bildirilməklə geri qaytarır;

– vəsait alanın təchizatçısı yuxarıda qeyd olunana əsasən geri qaytarılan birbaşa debitləşmə haqqında vəsait alanı növbəti iş günündən gec olmayaraq məlumatlandırır və birbaşa debitləşmənin özündə olan nüsxəsinin “İcra haqqında təchizatçının qeydi” hissəsində müvafiq qeyd aparır.