Hansı əmlakların uçota götürüldüyü və saxlanıldığı açıqlanıb.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Aşağıdakı əmlak uçota götürülür və saxlanılır:
– tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər;
– Azərbaycan Respublikasının və digər dövlətlərin orden və medalları;
– milli və xarici valyutada olan pul vəsaitləri, bank kartları;
– lotereya biletləri, əmanət kitabçaları, çeklər, konosamentlər və sənədli qiymətli kağızlar;[1]
– qiymətli metallar-istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, tullantılarda olan qızıl, gümüş, platin və platin qrupu metallar (palladium, iridium, rodium və ritenum)
– qiymətli daşlar-işlənilmiş şəkildə olan almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər;
– qiymətli metallardan və qiymətli daşlardan və qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və məişət əşyaları;
– korpusu qiymətli metaldan olan bütün sistemlərdən olan saatlar;
– dini ibadət (ayin) əşyaları;
– mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar;
– adları çəkilməyən digər qiymətlilər.