Magistral neft kəmərlərinin sinfindən asılı olaraq kəmərin mərkəzi oxundan, yaşayış kompleksinin ən yaxın binalarının kənara çıxan hissələrinə qədər olan məsafələrə dair tələblər açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Magistral neft kəmərlərinin sinfindən asılı olaraq kəmərin mərkəzi oxundan, yaşayış kompleksinin ən yaxın binalarının kənara çıxan hissələrinə qədər olan məsafələr aşağıdakı kimi qəbul edilməlidir:
Kəmərin sinfi | II | IV | III | II | I | |
Şərti diametr Dş, mm | 300 və aşağı | 300-dən yuxarı | 300 və aşağı | 300-dən 500-dək | 500-dən 1000-dək | 1000-dən 1400-dək |
Oxdan minimum məsafə, m | 75 | 125 | 75 | 100 | 150 | 200 |
Magistral neft kəmərləri çəkilərkən bu məsafələr 30%-dən artıq olmamaqla azaldılmasına yalnız borunun hesabi qalınlığı məsafənin artırıldığı faiz qədər artırılmaqla və qaynaq tikişləri 100% rentgenoskopik yoxlamadan keçirilməklə icazə verilir.
“Magistral neft kəmərləri yaşayış kompleksindən səviyyələr fərqinə görə aşağıda yerləşdiyi halda məsafələr 25% -ə qədər azaldıla bilər.