Gəmi kapitanının fikrincə gəmi məhv olmaq qarşısındadırsa, gəmi kapitanı sərnişinlərin xilas edilməsi üçün bütün tədbirləri gördükdən sonra gəmi heyətinin üzvlərinə gəmini tərk etməyə icazə verir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmi kapitanı gəmi, radio və maşın jurnallarının, habelə səfərə aid olan xəritələrin, naviqasiya cihazları lentlərinin, sənədlərin və qiymətli əşyaların xilası üçün bütün mümkün tədbirləri gördükdən sonra, gəmini sonuncu olaraq tərk edir.