Siyirtmələrin intiqalları, meydançalardakı qaldırıcı mexanizmlər, təmizləmə və diaqnostika vasitələrinin buraxma-qəbul kameralarının sürgüləri, təmizləmə və diaqnostika vasitələrinin keçdiyi siqnalizatorlar, ayrıca yerləşmiş vantuzlar, təzyiq ölçmə qovşaqları, neft sızması üçün yığım tutumları, bəndlərdə quraşdırılan drenaj siyirtmələri və açıq havada yerləşdirilmiş digər avadanlıqlar qıfıllı qoruyucu örtüklərlə bağlanmalıdır və ya xüsusi bloklayıcı qurğularla təchiz edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.