İstintaq qurumunun rəisi və onun müavini DTX-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri ilə birlikdə, ildə bir dəfədən az olmayaraq maddi sübutların saxlanılma vəziyyətini, şəraitini, bu Təlimata uyğun olaraq onların qəbulu və uçotu, verilməsi üzrə sənədləşdirmə aparılmasının düzgünlüyünü yoxlamağa borcludurlar.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Yoxlama haqqında akt tərtib edilməklə maddi sübutların, qiymətli əşyaların və sair əmlakın saxlanılması üçün xüsusi otaq və saxlama yerlərinin yoxlanılması barədə Xidmət rəisinə məruzə edilir. Əmlakın uçotu və saxlanılmasına məsul şəxs başqa işə keçirildikdə, tutduğu vəzifədən azad olduqda digər şəxsə saxlamaq üçün təhvil verilmiş maddi sübutların, qiymətli əşyaların və sair əmlakın mövcudluğunun bu obyektlərin götürülməsini əks etdirən sənədlərdəki qeydiyyatla uyğunluğunu yoxlamaq üçün komissiya təyin edilir.