Elektron pul sahibi olmaq istəyən şəxsə elektron pulun emissiyasından əvvəl elektron pulun emissiyası və elektron puldan istifadə qaydaları ilə bağlı məlumat verilərkən elektron pulun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmanət hesab edilmədiyi, sığortalanmadığı, habelə həmin vəsaitlərə faiz və ya digər formada gəlir ödənilmədiyi bildirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.