Gəmilər kommersiya məqsədi ilə istifadə edildiyi hallarda bu fəslin qaydalarına uyğun olaraq yenidən qeydiyyatdan keçirilə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmi yalnız gəmi reyestrlərinin birində qeydiyyata alına bilər. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi həmin xarici dövlətin gəmi reyestrindən çıxarılmasını təsdiq edən şəhadətnamə təqdim edildikdən sonra Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alına bilər.