Gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun verilməsi barədə qərarın qüvvədən düşməsinin təsdiqi həmin qərarın qəbul edilmə qaydasında həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmi bu Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının gəmi reyestrlərinin birində qeydiyyata alındığı andan Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu əldə edir.