İl ərzində istilik izolyasiya konstruksiyası səthindən ayrılan istilik miqdarını müəyyənləşdirərkən ətraf mühitin hesablama  temperaturunun necə qəbul edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

İl ərzində istilik izolyasiya konstruksiyası səthindən ayrılan istilik miqdarını müəyyənləşdirərkən ətraf mühitin hesablama  temperaturu aşağıdakı kimi qəbul edilir:

– açıq havada yerləşən izolyasiya səthləri üçün – bu Normaların 6.6-cı bəndinin a yarımbəndində verilənlərə uyğun;

– qapalı yerlərdə (otaqlarda) və ya tuneldə yerləşən izolyasiya edilən səthlər üçün – bu Normaların 6.6-cı bəndinin b,c yarımbəndlərində verilənlərə uyğun;

– kanallarda və ya kanalsız çəkilən boru kəmərləri üçün – bu Normaların 6.6-cı bəndinin d yarımbəndində verilənlərə uyğun.

İzolyasiya qatının qalınlığı uyğun müəyyən edilərkən, müsbət temperaturlu izolyasiya edilən səthlər üçün qalınlıq bu Normaların 6.1-ci bəndinin a və g, mənfi temperaturlu səthlər üçün isə qalınlıq bu Normaların 6.1-ci bəndinin a və h yarımbəndlərinin şərtlərinə görə yoxlanılmalıdır və alınan nəticələrdən daha böyük qalınlıq qəbul edilməlidir.