İtaliyanın Siciliya adası sahillərində göyərtəsində 22 nəfər olan yelkənli super-yaxta batıb.

Heftelik.az-ın “Sky News”-a istinadən verdiyi məlumata görə, hadisəyə güclü fırtınanın səbəb olduğu bildirilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə itkin düşüb, 15 nəfər isə xilas edilib.

İtkinlər arasında milyarder Mayk Linç də var. Onun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilir. Super-yaxtanın batdığı ehtimal olunan ərazidə axtarış işləri davam etdirilir.