Kredit köçürməsi icraya qəbul edildikdə təchizatçının məsul şəxsi kağız daşıyıcıda olan kredit köçürməsini “İcra haqqında təchizatçının qeydi” hissəsində “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq edərək bir nüsxəsini ödəyiciyə qaytarır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Kredit köçürməsi qüsurlu olduqda bunun səbəbləri kredit köçürməsinin “İcra haqqında təchizatçının qeydi” hissəsində qeyd edilir və kredit köçürməsi ödəyiciyə geri qaytarılır.