Müəssisə daxilində örtük materiallarında qüsur (qırıqlar, çatlar və s.) aşkarlandıqda dərhal təmir olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Müəssisənin kanalizasiya xəttindəki drenaj sistemi ətin doğranması və satış bölməsindən aralıda yerləşməli, zərərvericilərin, pis qoxu və çirkab suların kanalizasiyadan geriyə doğru hərəkətini məhdudlaşdıracaq şəkildə quraşdırılmalıdır.