Müxtəlif hazır formalı baytarlıq preparatlarının saxlanılması qaydası açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də əksini tapıb.
Müxtəlif hazır formalı baytarlıq preparatlarının saxlanılması aşağıdakı kimi olmalıdır:
– həblər və drajelər, məlhəmlər, maye və inyeksiya üçün preparatlar ayrı-ayrılıqda, quru, sərin və lazım gəldiyi halda isə işıqdan qorunan yerlərdə saxlanılmalıdır;
– zərdab əvəzedicilər və detoksikasiya məhlulları müvafiq temperaturda və işıqdan qorunan yerdə saxlanılmalıdır;
– ekstraktlar müsbət 12ºC-15ºC temperaturda işıqdan qorunan yerdə saxlanılmalıdır.