Ödəniş sərəncamı tərəflərin razılığı əsasında kağız daşıyıcıda və ya elektron formada verilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Qanunvericiliyin tələbləri nəzərə alınmaqla təchizatçı və ödəyici ödəniş alətləri vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının maksimum məbləğini qarşılıqlı şəkildə müəyyən edə bilər. Ödəniş sərəncamının geri götürülməsi Qanunun 28-ci maddəsi və təchizatçı ilə ödəniş xidməti istifadəçisi arasında bağlanılan müqavilə ilə tənzimlənir.