Alınmış medal, orden və onların sənədləri, cinayət işi tam həll olunana qədər saxlanılmaq üçün, alındığı vaxtdan 3 gündən gec olmayaraq müşayiət məktubu ilə həmin orqanın maliyyə xidmətinə göndərilir.

Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Maddi sübut kimi sayılmış avtomobil və digər nəqliyyat vasitələri mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarılmadığı təqdirdə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə müvəqqəti saxlanılması üçün MTQ-na təhvil verilir (əgər bunlar məsul saxlanılması üçün digər təşkilata verilə bilməzsə). Qurumunun rəhbərliyi cinayət işinin materiallarına əlavə ediləcək saxlama qəbzi verir. Qəbzdə məsul saxlanca qəbul edilmiş nəqliyyat vasitəsinin mühafizəsinə şəxsən məsul olan şəxs və nəqliyyat vasitəsinin texniki vəziyyəti göstərilir.