“Hər kəs yaxşı bilir ki, Rusiya da böhranlarla üz-üzədir, ilk növbədə Ukrayna istiqamətində…lakin Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixən cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir”.

Heftelik.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi məhdud tərkibdə görüşdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı əlbəttə ki, tərəflərin tələb etdiyi ölçüdə olacaq: “Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”, – deyə Rusiya lideri vurğulayıb.