Sərəncam Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi formaya uyğun olaraq icraçı təchizatçıya təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Sərəncam 4 (dörd) nüsxədə (kağız daşıyıcısında olduqda) tərtib edilir və hər bir nüsxə vergi orqanının səlahiyyətli vəzifəli şəxsinin imzası və möhürlə təsdiqlənir. Sərəncam qüsurlu olmadıqda təchizatçının məsul şəxsi onu dərhal icraya qəbul edir, qüsurlu olduqda isə sərəncamın müvafiq hissəsində səbəbini göstərməklə sərəncamı vergi orqanına geri qaytarır.