Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququndan Azərbaycan Respublikasının konsulluq idarəsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ona belə hüququn verilməsini təsdiq edən müvəqqəti şəhadətnamənin verildiyi andan istifadə edir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Müvəqqəti şəhadətnamə Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində gəmi qeydiyyata alındığı vaxta qədər, lakin altı aydan çox olmamaq şərti ilə qüvvədə qalır.