Yoxlamanın nəticəsi, maddi sübutların saxlanılmasına məsul təyin edilən başqa şəxsə təhvil-təslim aktında əks etdirilir.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Təftiş və planlı yoxlama zamanı maddi sübutların uçotu və saxlanılması vəziyyəti yoxlanılır, nəticəsi barədə müvafiq akt tərtib edilir. İcraatı dayandırılmış cinayət işləri üzrə maddi sübutların saxlanılma vəziyyəti xüsusi qeyd edilir. Maddi sübutların, qiymətli əşyaların və sair əmlakın uçotu, saxlanılma şəraitinin və verilməsinin lazımi qaydada təmin edilməməsi onların korlanmasına, itirilməsinə səbəb olarsa, bunda da təqsiri olan şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşırlar. Əmlakın hərraclar vasitəsilə satışından daxil olan vəsaitlərin dövlət büdcəsinə köçürülməsinə nəzarət Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.