Birbaşa debitləşmə bilavasitə ödəyicinin təchizatçısına təqdim edildikdə ödəniş əməliyyatının hansı qaydada aparıldığı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Birbaşa debitləşmə bilavasitə ödəyicinin təchizatçısına təqdim edildikdə ödəniş əməliyyatı aşağıdakı qaydada aparılır:
– birbaşa debitləşmə vəsait alan tərəfindən 2 (iki) nüsxədən (kağız daşıyıcısında olduqda) az olmamaqla ödəyicinin təchizatçısına təqdim edilir. Bu halda birbaşa debitləşmədə vəsait alanın təchizatçısının məsul şəxsinin imzası və ştampı sahəsi doldurulmur;
– birbaşa debitləşmə qüsurlu olmadıqda ödəyicinin təchizatçısının məsul şəxsi birbaşa debetləşmənin “İcra haqqında təchizatçının qeydi” hissəsində icra üçün qəbul olunmasını “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq edərək bir nüsxəsini vəsait alana qaytarır. Birbaşa debitləşmənin digər nüsxəsi icra edilməsi üçün ödəyicinin təchizatçısında qalır;
– ödəyicinin təchizatçısı ödəyicinin razılığının olmaması, geri alınması və ya birbaşa debitləşmənin qüsurlu olması səbəbindən növbəti əməliyyat günü ərzində səbəbi göstərilməklə birbaşa debitləşməni vəsait alana geri qaytarır və bu haqda ödəyicini məlumatlandırır.