Boru kəmərlərinin daxili səthinin təmizlənməsində və diaqnostikasında istifadə olunan avadanlıqların hansı sənədləri olmalı olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Boru kəmərlərinin daxili səthinin təmizlənməsində və diaqnostikasında istifadə olunan avadanlıqların aşağıdakı sənədləri olmalıdır:

– avadanlığın pasportu;

– istifadə edilən elektrik avadanlıqlarının və cihazların partlayış mühafizəli olması haqda şəhadətnamələri (sertifikatları);

– istifadə edilən cihazların elektrik qurğularının partlayış təhlükəlilik sertifikatı (şəhadətnaməsi);

– istismar təlimatı.