Üfüqi boru kəmərlərində örtük qatlarının temperatur tikişləri kompensatorların, dayaqların və dönmə yerlərinin yaxınlığında, şaquli boru kəmərlərində isə dayaq konstruksiyalarının quraşdırılma yerlərində nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Daxilində mənfi temperaturlu maddələr olan avadanlıq və boru kəmərlərinin istilik izolyasiyası konstruksiyalarının örtük qatının bərkidilməsi, bir qayda olaraq, bandajlarla təmin edilməlidir. İzolyasiya konstruksiyasının diametri 800 mm-dən çox olduqda, örtük qatının vintlər ilə bərkidilməsinə yol verilir.