Ödəyicinin təchizatçısından alınmış kredit köçürməsinin rekvizitlərində uyğunsuzluq olmadıqda, pul vəsaiti vəsait alanın təchizatçısı tərəfindən vəsait alanın ödəniş hesabına mədaxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Kredit köçürməsinin rekvizitlərində uyğunsuzluq olduqda isə vəsait alanın təchizatçısı ödəyicinin təchizatçısına növbəti iş günündən gec olmayaraq sorğu göndərir. Bu sorğu ödəyicinin təchizatçısı tərəfindən 2 (iki) iş günü ərzində cavablandırılmadıqda, ödəniş əməliyyatı üzrə pul vəsaiti növbəti iş günündən gec olmayaraq səbəbi göstərilməklə vəsait alanın təchizatçısı tərəfindən geri qaytarılır.