Nüsxələrdən biri vəsaitin ödəyicinin ödəniş hesabından silinməsi üçün əsas kimi icraçı təchizatçıda qalır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
İkinci nüsxə sərəncamın icraya qəbul olunması barədə iltizam kimi icraçı təchizatçının məsul şəxsinin imzası və ştampı ilə təsdiqlənir, vergi orqanına qaytarılır. Sərəncam tam icra olunduqdan sonra təchizatçının məsul şəxsi onun üçüncü nüsxəsi üzərində müvafiq qeydlər yazır, onları öz imzası və ştampı ilə təsdiqləyərək vergi orqanına təqdim edir. Dördüncü nüsxə ödəyiciyə verilir.