DTX tərəfindən təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalar, pullar və digər qiymətlilər törədilmiş cinayət işinə aidiyyətindən, xüsusiyyətlərindən qiymətindən asılı olaraq, cinayət işinin içində, saxlama kameralarında, həmin orqanların maliyyə xidmətlərində, müvəkkil banklarda və ya təhqiqat, ibtidai istintaq orqanlarının müəyyən etdiyi yerlərdə saxlanılır.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
DTX-nin İstintaq qurumunun (bundan sonra – İQ) rəisi və ya onun səlahiyyətlərini icra edən şəxs tərəfindən təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əmlakın qorunub saxlanılması üçün maddi-məsul şəxs təyin olunur. Əmlak saxlanıldıqda və ya verildikdə onların maddi sübut kimi əhəmiyyətli olan əlamət və xüsusiyyətlərinin, habelə onlarda izlərin saxlanılması, eyni zamanda maddi sübutun, qiymətli əşyaların, sənədlərin və sair qiymətlilərin olduğu kimi saxlanılmasını təmin edən tədbirlər görülür.