Qusarda ötən gün meyiti tapılan 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlu əvvəllər Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb.

Heftelik.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, o, öz arzusu əsasında vəzifəsindən azad olunub.

***

saat 11.28

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

Heftelik.az Qafqazinfo-ya istinadla xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.
Məlumata görə, Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.