Gəmi məhv olduqda, gəmi heyətinin hansı dövlətin ərazisinə çatdırılmasından asılı olmayaraq, gəmi kapitanı gəmi heyətinə münasibətdə hüquqlarını saxlayır və öz vəzifələrini icra edir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmidə nizam-intizamın təmin olunması Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.