Gəminin qeydiyyata alındığı liman (yer) gəmi mülkiyyətçisinin xahişi əsasında dəyişdirilə bilər. Gəminin qeydiyyata alındığı liman dəyişdirildikdə, gəmini qeydiyyata alan orqan tərəfindən gəmi reyestrlərinə və ya gəmi kitabına müvafiq məlumatlar daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Gəminin qeydiyyata alındığı limanın dəyişdirilməsi Dövlət bayrağı altında üzmək hüququ haqqında yenidən verilən Şəhadətnamə ilə təsdiqlənir.