Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında və gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamələr gəmini qeydiyyata alan orqan tərəfindən verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Ölçü şəhadətnaməsini, sərnişin gəmisinin təhlükəsizlik üzrə şəhadətnaməsini, yük nişanı haqqında şəhadətnaməni, neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni, çirkab suları ilə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni, Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun gəmi sənədlərini təsnifat cəmiyyəti verir. Gəmilərin bəzi kateqoriyalarından ölçü şəhadətnaməsi və ya yük nişanı haqqında şəhadətnamələr gəmini qeydiyyata alan orqanın icazəsi ilə tələb edilmir.