Müəssisənin işçi heyəti üçün nəzərdə tutulmuş sanitar qovşaq otağına (olduğu təqdirdə) dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Müəssisənin işçi heyəti üçün nəzərdə tutulmuş sanitar qovşaq otağı (olduğu təqdirdə) aşağıdakılarla təchiz olunmalıdır:
– bağlanan qapılar;
– sanitar qovşaq;
– əlləri yumaq və dezinfeksiya etmək üçün vasitələr, çanaq, quruducu qurğu və ya birdəfəlik dəsmallar, asılqanlar;
– giriş qapısının ağzında ayaqqabıların dezinfeksiya edilməsi məqsədi ilə qoyulan dezinfeksiyaedici örtük.