Kanalsız çəkilən kəmərlər üçün istilik izolyasiya konstruksiyasının əsas qatının istilikkeçirmə əmsalının necə müəyyən edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Kanalsız çəkilən kəmərlər üçün istilik izolyasiya konstruksiyasının əsas qatının istilikkeçirmə əmsalı aşağıdakı düsturla müəyyən edilir:

λk = λK                                                                      (21)

burada:

λ – əsas qatı təşkil edən materialın quru halda istilikkeçirmə əmsalı, Vt/(m⋅°C), Əlavə 2-yə görə götürülür;

K – nəmlikdən istilikkeçirmənin artmasını nəzərə alan, izolyasiya materialının növündən və torpağın tipindən asılı olan nəmlik əmsalı Normalara görə götürülür.