Kart əsaslı ödəniş aləti vasitəsilə əməliyyatlara ahydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
– Kart əsaslı ödəniş aləti vasitəsilə aparılmış əməliyyatlar üzrə ödəyiciyə Qanunun 17-ci maddəsində nəzərdə tutulan məlumatlarla yanaşı azı aşağıdakı məlumatlar kağız və ya digər davamlı daşıyıcıda təqdim edilməlidir:
– ödəniş sistemi operatorunun adı;
– ödəniş terminalının kodu (əməliyyat ödəniş terminalı vasitəsilə aparıldıqda);
– kart əsaslı ödəniş alətinin ödəniş sistemi operatorunun təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri;
– avtorizasiya kodu;
– büdcə təşkilatı və ya büdcədənkənar dövlət fondunun rekvizitləri, büdcə gəlirlərinin təsnifatı və büdcə səviyyəsinin kodu (dövlət büdcəsi və büdcədənkənar vəsaitlər üzrə mərkəzləşdirilmiş (vahid) xəzinə hesabına ödənişlər aparıldıqda).