Emitent bildirişin alınması zamanı ödəniş xidməti istifadəçisini eyniləşdirməli və bildirişin qəbul edilməsi tarixini, vaxtını (saat və dəqiqə), kartın zəruri rekvizitlərini və hadisənin təfərrüatının qeydiyyatını aparmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Kartın ən azı aşağıdakı rekvizitləri kart istifadəçisi üçün əlçatan olmalıdır:
– emitentin adı;
– kartın nömrəsi;
– kartın qüvvədə olma müddəti;
– müraciətləri günün 24 (iyirmi dörd) saatı müddətində qəbul edən emitentin və ya emitentin xidmət olunduğu ödəniş sistemi operatorunun əlaqə vasitələri (azı telefon olmaqla).