Təchizatçı daha artıq müddət müəyyən etmədikdə, kağız daşıyıcıda verilən ödəniş sərəncamları yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) 3 (üç) iş günü ərzində təchizatçıya təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Bu müddət bitdikdən sonra təqdim olunan ödəniş sərəncamları icraya qəbul edilmir. Ödəniş sərəncamı poçt rabitəsi vasitəsi ilə təchizatçıya göndərildikdə müddət ödəniş sərəncamının poçta verilmə tarixini göstərən poçtun ştampına əsasən müəyyən olunur.