Müğənni Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə barədəDİN-in Mətbuat xidməti məlumat yayıb.

Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.