Xəbər verdiyimiz kimi, “Səba” Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb. Şirkətdən bildirilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb.

“Səba” ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı bildirilsə də, onun adı açıqlanmayıb.

Heftelik.az-ın Bakupost.az –a istinadən verdiyi məlumata görə, “Səba” ASC-nın aktivləri “Chicken Pro.” MMC şirkəti tərəfindən alınıb.

Əldə etdiyimiz məlumata görə, “Səba”nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsus idi. Onların sabiq xarici işlər naziri Elmar Məmmədyarovun xalası oğlanları olduğu bildirilir.

Xatırladaq ki, 1997-ci ildə dövlət qeydiyyatına alınan “Səba” ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxın idi.