Ticarət Gəmiçiliyi Məcəlləsinin qaydaları daxili sularda üzən gəmilərə, habelə “çay-dəniz” tipli gəmilərinə — xarici dəniz limanlarına daxil olmaqla yük, sərnişin və onların baqajının daşınmasını dəniz yolları, habelə daxili su yolları ilə icra etdikdə, xilasetmə əməliyyatını həyata keçirdikdə və dəniz gəmisi ilə toqquşduqda şamil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Bu Məcəllədə müəyyən edilmiş qaydalar, birbaşa bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, hərbi gəmilərə, yardımçı hərbi gəmilərə və dövlət mülkiyyətində olan və ya dövlət tərəfindən istismar olunan və yalnız qeyri-kommersiya hökumət xidməti üçün istifadə edilən gəmilərə, habelə dövlət mülkiyyətində olan qeyri-kommersiya yüklərinə şamil edilmir.