Yaşar Ağazadə həbs olundu

20 Avqust 2024, 18:41

Tanınmış hüquqşünas Yaşar Ağazadə həbs edilib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Yaşar Ağazadə 4 nəfəri şantaj etməkdə təqsirləndirilir.

Hüquqşünas Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qurxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə yekun ittiham verilib.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2007-ci ildə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli ilə bu qəzetin əməkdaşı və “Mühakimə” qəzetinin baş redaktoru olmuş Yaşar Ağazadə mərhum sabiq deputat, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin  çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.