Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.
FHN-dən Heftelik.az-a verilən məlumata görə, hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək