Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-yə yeni direktor təyin edilib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu, Vüqar Babakişiyevdir.

O, uzun illər sığorta sektorunda çalışıb və institutun rəhbərliyində Səbuhi Bəşirovu əvəz edib.

Xatırladaq ki, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.