Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun hansı hallarda itirildiyinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu aşağıdakı hallarda itirir:
– bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;
– bu Məcəllənin 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı altında gəmiyə üzmək hüququnun verildiyi müddət bitdikdə və ya həmin hüququn verilməsinə dair qərar ləğv edildikdə.