Sərəncam vergi orqanı tərəfindən geri götürüldükdə və ya ödəyicinin ödəniş hesabı bağlandıqda həmin ana qədər icra olunmayan və yaxud qismən icra olunan sənəd vergi orqanına təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə müvafiq olaraq vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qaydalarına uyğun olaraq, ödəyicinin ödəniş hesablarından tutulur.