Müəssisənin daxilində kondisionerlər quraşdırılmalı və ilin müxtəlif fəsillərində havanın temperatur və nəmlik rejimi nizamlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Müəssisə daxilində təbii və süni işıqlandırılma təmin edilməlidir. Süni işıqlandırma cihazları insanın görmə qabiliyyətinə mənfi təsir göstərməyən qoruyucu örtüklə təmin olunmalıdır.. Müəssisədə istilik, su, kanalizasiya, təbii və mexaniki havalandırma sistemləri, həmçinin yanğın təhlükəsizlik siqnalı quraşdırılmalıdır.