Əşya, pul və digər qiymətlilər maliyyə, təsərrüfat və xidmətin digər strukturuna təhvil verilməsi axtarış protokolu və ya qərar əsasında müvafiq olaraq “Təhqiqat və ya ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzi” (forma № QQ-1) və “Təhqiqat və ya ibtidai istintaq dövründə götürülmüş qiymətli əşyaların qəbulu qəbzi” (forma № QQ-2) doldurulmaqla həyata keçirilir.

Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Əşya, pul və digər qiymətlilər maliyyə, təsərrüfat və xidmətin digər strukturuna verildikdə onlara ayrıca “QQ-1” və ya “QQ-2” formalı qəbzlər yazılır və həmin qəbzlərin yuxarı sağ küncündə “maddi sübut” sözləri yazılır.  Maddi sübut sayılmış əmlak saxlanılması üçün İQ-nun maddi sübutlar otağına və ya DTX-dən kənar digər hüquqi və ya fiziki şəxsə təhvil verildikdə iki nüsxədən ibarət akt tərtib edilir.