Emitent kart əsaslı ödəniş aləti ilə bağlı fəaliyyətin təşkil edilməsi üzrə daxili qaydalara malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Emitent kart əsaslı ödəniş aləti ilə bağlı fəaliyyətin təşkil edilməsi üzrə azı aşağıdakıları müəyyən edən daxili qaydalara malik olmalıdır:

– kartın emissiyası qaydası;

– kart əsaslı ödəniş alətinin istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə risklərin idarə edilməsi, o cümlədən bloklaşdırılması qaydası;

– kart əsaslı ödəniş alətinin istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə uçot məlumatlarının işlənilməsi qaydası;

–  personalizasiyaya qədər və personalizasiyadan sonra kartın saxlanılması və uçotu, habelə kart və PİN-kodların təhlükəsiz təqdim edilməsi qaydası;

– kart əsaslı ödəniş alətinin və onun istifadəsi ilə aparılan əməliyyatlar üzrə məlumatların təhlükəsizliyinin təmin olunması, habelə bu məlumatların təhlükəsiz saxlanılması üzrə nəzarətin həyata keçirilməsi qaydaları.