Uzaq səfərə çıxan gəmilərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş sənədlər təsnifat cəmiyyəti tərəfindən verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.